AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakıda avtobus yandı, sürücüsü xəstəxanaya düşdü

Bakıda avtobus yandı, sürücüsü xəstəxanaya düşdü

Kriminal
16 May 2013, 13:24 1355
Bu gün Bakı şəhərinin Yasamal rayonunda sahibi məlum olmayan “Otoyol” markalı sərnişin avtobusu yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına, istinadən verdiyi məlumata görə, avtobusun salon hissəsi və yüksək temperaturdan yaxınlıqda dayanmış “Opel” markalı minik avtomobilinin qabaq sol işıqlandırma sistemi və güzgüsü əriyib.

Yanğınsöndürənlər hadisə yerinə çatana kimi avtomobilin sürücüsü vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb. Avtobusun və minik avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 11:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.