AZE | RUS | ENG |


Bakıda avtobus sürücüsünü döyən şəxs tutulub

Bakıda avtobus sürücüsünü döyən şəxs tutulub
Bakı şəhərində avtobus sürücüsünü döyən şəxs saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtobus sürücüsünü döyən şəxsin Xırdalan şəhər sakini, 27 yaşlı Cavidan Bədəlov olduğuı müəyyən edilib və o, sentyabrın 20-də istintaqa təhvil verilib.
 
Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanıb. C. Bədəlova həmin maddə üzrə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Bu gün məhkəmə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxacaq.
 
Qeyd edək ki, məlum hadisə sentyabrın 18-də axşam saatlarına metronun "Memar Əcəmi” stansiyasının yaxınlığındakı dayanacaqda baş verib. 135 saylı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyülüb. Hadisə nəticəsində xəsarət alan sürücü 1 saylı Şəhər Kliniki Xəstəxanasında çatdırılıb. Daşıyıcı şirkət hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6847
GBP 1 İngilis funt sterlinqi 2.2421
TRY 1 Türk lirəsi 0.4638
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2085
EUR 1 Avro 2.0000
CHF 1 İsveçrə frankı 1.7374
USD 1 ABŞ dolları 1.7001