• cümə, 29 Mart, 00:12
  • Baku Bakı 7°C

Bakıda atıcılıq üzrə Avropa çempionatının 11-ci gününün yarışları start götürür

31.07.17 11:20 1351
Bakıda atıcılıq üzrə Avropa çempionatının 11-ci gününün yarışları start götürür
Bu gün Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə Avropa çempionatının yarışlarının güllə-stend atıcılığı üzrə 11-ci günü start götürür.
Trend-in məlumatına görə, kişilər arasında 300 metr məsafədən 3 vəziyyətdə tüfəngdən atəş açma, kişilər arasında 25 metr məsafədən iriçaplı tapancadan atəş açma və 300 metr məsafədən tüfəngdən atəş açma üzrə qarışıq yarışlar keçiriləcək.
Bundan əlavə, kişilər və qadınlar, yeniyetmə oğlanlar və qızlar arasında stend atıcılığı üzrə yarışlar keçiriləcək.
Qeyd edək ki, Bakıda atıcılıq üzrə Avropa çempionatı iyulun 22-də başlayıb və avqustun 3-nə qədər davam edəcək.
banner

Oxşar Xəbərlər