• cümə axşamı, 25 aprel, 11:01
  • Baku Bakı 14°C

Bakıda ata və oğlu yol qəzasında ölüb, beş nəfər xəsarət alıb

07.11.17 10:20 1176
Bakıda ata və oğlu yol qəzasında ölüb, beş nəfər xəsarət alıb
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, paytaxtın Pirallahı rayonunda Rafael Əkbərovun idarə etdiyi "Mercedes” markalı avtomobil Rövşən Bəydəmirovun idarə etdiyi "VAZ-2107” markalı maşınla toqquşub.
Nəticəndə "VAZ-2107”də olan sərnişinlərdən Babaxan Fətullayev və onun 5 yaşlı oğlu Elcan aldıqları xəsarətdən hadisə yerində ölüblər. Hər iki nəqliyyat vasitəsinin sürücüsü və sərnişinlərindən ümumilikdə 5 nəfər xəsarətlə xəstəxanaya müraciət edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
banner

Oxşar Xəbərlər