AZE | RUS | ENG |


Bakıda "Asılmış kitab” marafonu keçirilir

Bakıda
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında "Asılmış kitab” payız marafonu keçirilir.
 
İdarədən APA-ya verilən məlumata görə, marafonun keçirildiyi müddət ərzində oxucular oxuyub bəyəndiyi kitab haqqında rəy yaza bilməklə yanaşı, həmin kitabı tövsiyə etmək məqsədi ilə simvolik olaraq yaradılmış kitab ağacından "asa bilmək” imkanı əldə edəcəklər. Bu marafonun məqsədi üzərində rəy yazılmış kitabların digər oxucular tərəfindən yenidən oxunmasıdır.
"Asılmış kitab” aksiyası Avropada dəb olan "asılmış əşyalar” təcrübəsinə əsaslanır. Layihənin məqsədi xeyriyyəçilikdən uzaq olsa da, bu ənənə vasitəsilə oxucuları daha çox kitab oxumağa cəlb etmək, kreativ iş üsullarına üz tutaraq kitab dövriyyəsini artırmaqdır.
Marafon 3 ay müddətində, noyabrın 30-dək fəaliyyət göstərəcək. Bu müddət ərzində oxucular oxuyub bəyəndikləri kitabları müstəqil olaraq digər oxuculara tövsiyə edə biləcəklər. Marafon sayəsində oxucular tərəfindən ən çox sevilən və ən çox oxunan kitabların siyahısı tərtib olunacaq. 




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6863
GBP 1 İngilis funt sterlinqi 2.2939
TRY 1 Türk lirəsi 0.4853
KWD 1 Küveyt dinarı 5.6435
SEK 1 İsveç kronu 0.2120
EUR 1 Avro 2.0209
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7007