• cümə, 29 Mart, 16:05
  • Baku Bakı 14°C

Bakıda ana və qızı evində qətlə yetirildi

14.12.19 12:07 570
Bakıda ana və qızı evində qətlə yetirildi
Bakıda ana və qızının meyiti aşkarlanıb.
Trend-in məlumatına görə, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov öz facebook səhifəsində məlumat yayıb.
Məlumatda bildirilir ki, dekabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı E.Niftizadənin yaşadıqları mənzildə üzərlərində çoxsaylı kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətləri olan meyitləri aşkar edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
banner

Oxşar Xəbərlər