• cümə, 29 Mart, 12:01
  • Baku Bakı 14°C

Bakıda Aİ və UNİCEF-in "Uşaqlar üçün ədliyyə" adlı birgə layihəsi üzrə hesabatın təqdimatı olub

14.12.17 13:15 2366
Bakıda Aİ və UNİCEF-in "Uşaqlar üçün ədliyyə" adlı birgə layihəsi üzrə hesabatın təqdimatı olub
Bu günAvropa İttifaqıvəUNİCEF-in "Uşaqlar üçün ədliyyə" birgə layihəsinin yekun qiymətləndirilməsi üzrə hesabatın təqdimatı olub.

APA-nın xəbərinə görə, layihə Azərbaycanda 3351 həssas uşağın pulsuz hüquqi yardım və hüquqi təmsilçilik xidmətlərindən istifadə imkanlarının artırılmasına kömək edib.

Şirvan, Mingəçevir, Qəbələ, Ağcabədi və Şəmkir, həmçinin qonşu rayonlarda keçirilən layihə çərçivəsində həmçinin zorakılıq baş verdiyi halda müdafiə tədbirlərindən yararlana bilmək üçün qapalı müəssisələrdə yaşayan 3500 uşağın hüquqları daha yaxşı monitorinq olunub.

Tədbirdə çıxış edənUNİCEFAzərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin deyib ki, Azərbaycanda ədliyyə sahəsində əldə olunan nəticələr xüsusilə diqqətəlayiqdir: "Bu nəticələr uşaq və yeniyetmələrin həyatına təsir edən məsələdir. Əsas məsələ ailələrin ədliyyə sisteminə çıxışını asanlaşdırmaqdır. Bu layihənin dayanıqlı olması üçün hökumətin maliyyə dəstəyi mütləqdir. Layihənin gerçəkləşdirilməsi üçün hər uşağa 64 manat (32 avro) lazımdır. Azərbaycanda adekvat insan hüquqları resurslarının yaradılması baxımından hazırda Vəkillər Kollegiyasının atdığı addımların sürətləndirilməsi vacibdir. Bu layihənin büdcəsi 402 990 avro olub" .

Tədbirdə çıxış edənAvropa İttifaqının Azərbaycan nümayəndəliyinin təmsilçisi Yorun Villems bildirib ki, qanunla problemi olan uşaqların taleyi ürəkaçan deyil. O deyib ki, Azərbaycan Cinayət Məcəlləsinə uşaqlarla bağlı əlavə və dəyişikliklərin edilməsi vacibdir: "Alternativ icma, əsaslı reabilitasiya və islah işlərinin gerçəkləşdirilməsi istiqamətində təkmilləşdirilmiş addımlar atılmalıdır. Uşaqlara cəza yox, əlavə şans verilməsini və onların cəmiyyətə inteqrasiyasını təmin etməliyik. Layihə çərçivəsində regionlarda 3 min ailə hüquqi yardımla təmin olunub. Avropa bu sahəni dəstəkləməkdə davam edir".

Tədbirdə çıxış edən millət vəkiliBahar Muradovaisə bildirib ki, uşaqlar üçün ədliyyə sistemiMilli Məclisin gündəliyinə daxil olan məsələdir. Qeyd olunub ki, yeniyetmə yaşına çatmayan uşaqların ədalətli mühakiməsi sahəsində qanunvericilik aktlarına dəyişiklik edilməlidir.
banner

Oxşar Xəbərlər