• cümə, 29 Mart, 12:59
  • Baku Bakı 14°C

Bakıda “Agromall Yaşıl market” yarmarkası açılıb - Fotolar

19.03.17 15:47 1386
Bakıda “Agromall Yaşıl market” yarmarkası açılıb - Fotolar
Bakıda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə "Agromall Yaşıl market” yarmarkası açılıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Yarmarka Nəsimi rayonunun üçüncü mikrorayonunda, Seyid Cəfər Pişəvəri küçəsində yerləşir.

Nazirin sözlərinə görə, yarmarkaya fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulu istehsalçılar dəvət olunur: "Sahibkarlar və istehsalçılar yarmarkada ödənişsiz iştirak edir. Bunun hesabına onlar məhsulları istehsalat qiymətinə sata bilər”.

O qeyd edib ki, bu cür yarmarkalar mərhələli şəkildə açılmaqda davam edəcək.




banner

Oxşar Xəbərlər