• cümə, 29 Mart, 00:23
  • Baku Bakı 7°C

Bakıda 700-dən çox avtobus kart sisteminə keçməyə hazırdır

10.09.13 13:49 1399
Bakıda 700-dən çox avtobus kart sisteminə keçməyə hazırdır
«APA-Economics»in məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
Onun sözlərinə görə, Nəqliyyat Nazirliyi bu işləri sentyabr ayında yekunlaşdırmağa çalışır: «İndiyədək 700-dən artıq şəhərdaxili avtobuslarda ödənişlərin kartla aparılması üçün xüsusi qurğular quraşdırılıb. Hazırda kartların hazırlanması prosesi gedir və çalışırıq ki, hər bir vətəndaşın belə bir ödəniş kartı ilə təmin olunmasını həyata keçirək».
Sərnişin nəqliyyatında nağdsız ödəniş sisteminin tətbiqinin ləngiməsini nazir müavini avtobuslarda ödəniş qurğuları və avadanlıqlarının ölkəyə gətirilməsi prosesində gecikmələrin olması ilə izah edib: «Bu avadanlıqlar hissə-hissə hazırlanaraq ölkəyə gətirilir. Onlar ölkəyə gətirildikcə, avtobuslar bu qurğularla təchiz edilir».
Qeyd edək ki, ödəniş kartının qiyməti 1 manat olacaq.
banner

Oxşar Xəbərlər