• cümə, 19 Aprel, 10:23
  • Baku Bakı 13°C

Bakıda 5 dərəcə şaxta olacaq

08.12.16 13:02 971
Bakıda 5 dərəcə şaxta olacaq
Bakı və Abşeron yarımadasında dekabrın 9-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclü cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Kaspi"yə verilən məlumata görə, havanın temperaturu gecə 2-5° şaxta, gündüz 3-5° isti, Bakıda gecə 3-5° şaxta, gündüz 3-5° isti təşkil edəcək.

Atmosfer təzyiqi xeyli aşağı 775 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 65-70 % olacaq.

Gecə və səhər yollar buz bağlayacaq.

Dekabrın 9-da Bakı və Abşeron yarımadasında arabir güclü cənub-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın minimal temperaturu 2-5° şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda güclü gilavar küləyinin əsməsi meteohəssas insanlar üçün əlverişsizdir. Dekabrın 10-da isə meteoroloji amillərin mülayim tərəddüdü nisbətən əlverişsizdir.

Azərbaycanın rayonlarındahavaəsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.

Yollar buz bağlayacaq.
banner

Oxşar Xəbərlər