AZE | RUS | ENG |


Bakıda 32 təhsil işçisi işdən çıxarıldı - 13 direktor müavini, 2 müəllim...

Bakıda 32 təhsil işçisi işdən çıxarıldı - 13 direktor müavini, 2 müəllim...
Ötən tədris ilində aparılmış araşdırmalar nəticəsində vəzifələrindən sui-istifadə etmə, neqativ hallarla bağlı paytaxtda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) 1 əməkdaşı, 15 təhsil müəssisəsinin rəhbəri, 13 direktor müavini, 2 müəllim, 1 laborant işdən azad ediliblər.

Trend-in məlumatına görə, bunu BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, 2016-cı ilin 1 sentyabr tarixindən indiyədək İdarənin Daxili nəzarət sektoruna müxtəlif təşkilat və vətəndaşlardan 426 müraciət daxil olub: "Onlardan 416 müraciət əsaslandırılaraq müvafiq qaydada cavablandırılıb, 10 müraciət isə hazırda icraatdadır. Səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər neqativ hallar nəticəsində 3 ümumitəhsil müəssisəsinin fəaliyyəti ilə bağlı toplanmış sənədlər aidiyyatı üzrə prokurorluq orqanlarına gondərilib".

M.Vəliyeva qeyd edib ki, aparılan araşdırmaların nəticələri əsasında qeyd edilən şəxslərdən başqa, BŞTİ-nin 1 əməkdaşı, 16 məktəb direktoru, 31 direktor müavini, 78 müəllim intizam məsuliyyətinə cəlb edilib, 3 direktor müavininə, 78 müəllimə xəbərdarlıq edilib.

M.Vəliyeva deyib ki, görülən tədbirlər nəticəsində artıq ödənilmiş 17030,86 manat məbləğin dövlət büdcəsinə qaytarılması təmin edilib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002