• şənbə, 20 Aprel, 10:05
  • Baku Bakı 14°C

Bakıda 28, rayonlarda 32 dərəcə isti olacaq

29.05.17 16:45 734
Bakıda 28, rayonlarda 32 dərəcə isti olacaq
Mayın 30-da Bakı və Abşeron yarımadasındahavadəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Şimal-şərq küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
ETSN-dənAPA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 15-18° isti, gündüz 24-29° isti, Bakıda gecə 15-17° isti, gündüz 26-28° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarındahavaəsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 14-19° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər