• cümə, 29 Mart, 06:28
  • Baku Bakı 5°C

Bakıda 26 yaşlı gənci güllələyən şəxs tutulub

20.05.17 11:45 1322
Bakıda 26 yaşlı gənci güllələyən şəxs tutulub
Bakıda 26 yaşlı gənci güllələməkdə təqsirli bilinən şəxs saxlanılıb.
Sabunçu rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, gecə saatlarında aralarında yaranmış münaqişə zəminində Dadaşov Elnur Etibar oğluna "Kalaşnikov" avtomatından atəş açan Babayev Ədalət Sabir oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Atəş nəticəsində güllə yarası alaraq xəstəxanaya yerləşdirilən E. Dadaşovun müalicəsi davam etdirilir.
Araşdırma aparılır.
banner

Oxşar Xəbərlər