• cümə axşamı, 25 aprel, 14:42
  • Baku Bakı 23°C

Bakıda 24 yaşlı qadın əri tərəfindən xüsusi amansızlıqla öldürüldü

29.12.19 12:23 439
Bakıda 24 yaşlı qadın əri tərəfindən xüsusi amansızlıqla öldürüldü
Bakıda 24 yaşlı qadın xüsusi amansızlıqla öldürülüb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat-Pirşağı avtomobil yolunun kənarında baş verib.
Binəqədi rayonu, Baksol şosesi, nömrəsiz evdə yaşayan, 1990-cı il təvəllüdlü Əliyev Yavər İlqar oğlu həyat yoldaşı, 1995-ci il təvəllüdlü Əliyeva Nuranə Fəyaz qızını qısqanclıq zəminində Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yoluna apararaq orada xüsusi amansızlıqla döyüb yolun kənarına atıb.
Yaralı yoldan keçən şəxslərin köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
N.Əliyeva xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb.
banner

Oxşar Xəbərlər