• cümə, 19 Aprel, 16:14
  • Baku Bakı 25°C

Bakıda 22 min manatlıq bilyard masası oğurlayan şəxslər saxlanılıb

28.11.19 21:35 703
Bakıda 22 min manatlıq bilyard masası oğurlayan şəxslər saxlanılıb
Bakıda 22 min manatlıq bilyard masası oğurlayan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 18-dən 25-dək olan müddətdə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində anbarların birindən 22 000 manat dəyərində bilyard masasının parçası (18 ədəd) və 13 ədəd bilyard luzasının oğurlanması barədə 4-cü Polis Şöbəsinə müraciət daxil olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri E.Qafarov və R.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
banner

Oxşar Xəbərlər