• çərşənbə axşamı, 23 aprel, 21:49
  • Baku Bakı 20°C

Bakıda 17 yaşlı qız 8-ci mərtəbədən yıxılaraq öldü

26.08.13 14:42 1576
Bakıda 17 yaşlı qız 8-ci mərtəbədən yıxılaraq öldü
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindən yıxılaraq yaxınlıqdakı üçmərtəbəli binanın damına düşüb.
FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
1996-cı il təvəllüdlü Sevinc Sadiq qızı Musayevanın cəsədi xilasedicilər tərəfindən damdan endirilərək aidiyyəti üzrə təhvil verilib.
banner

Oxşar Xəbərlər