• çərşənbə axşamı, 23 aprel, 15:26
  • Baku Bakı 24°C

Bakıda 12 dərəcə isti olacaq

20.02.17 13:15 1060
Bakıda 12 dərəcə isti olacaq
Bakı və Abşeron yarımadasında fevralın 21-dəhavadəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 0-2° isti, gündüz 8-12° isti, Bakıda gecə 0-2° isti, gündüz 10-12° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 764 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 65-75%, gündüz 50-60% təşkil edəcək.
Azərbaycanın rayonlarındahavaəsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər