• cümə axşamı, 25 aprel, 05:22
  • Baku Bakı 19°C

Bakıda 1 milyon manatlıq dələduzluqda təqsirləndirilən qadının məhkəməsi başlayıb

10.11.17 13:20 1242
Bakıda 1 milyon manatlıq dələduzluqda təqsirləndirilən qadının məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vəfa Osmanlının cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə məlum olub ki, 1971-ci ildə İmişli rayonunda anadan olmuş V.Osmanlı ali təhsillidir. Hazırda subay olan qadın Abşeron rayonunda yaşayır.
İclasda zərərçəkmiş Asif Orucəliyev vəsatət qaldırıb. O bildirib ki, təqsirləndirilən şəxs ona külli miqdarda ziyan vurub, lakin həmin məbləği geri qaytarmayıb. Zərərçəkmiş V.Osmanlının barəsində həbs qətimkan tədbirinin seçilməsini və onun məhkəmə zalından həbs edilməsini istəyib.
Məhkəmədə iştirak edən digər zərərçəkmişlər də A.Orucəliyevin vəsatətini müdafiə etdiklərini deyiblər.
Vəsatət təmin edilməyib.
Məhkəmənin baxış iclası noyabrın 17-nə təyin olunub.
Qeyd edək ki, V.Osmanlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.
O, vətəndaşlar - Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək, onların ümumilikdə 1 milyon manata yaxşın pulunu dələduzluq yolu ilə ələ keçirib.
Cinayət işi üzrə 10 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərin bir qismi müəllim vəzifəsində çalışır.
V.Osmanlının barəsində həbs qətimkan tədbiri seçilməyib.
V.Osmanlı əvvəllər Azərbaycan İqtisad Universitetində tuitir vəzifəsində çalışıb.
banner

Oxşar Xəbərlər