• şənbə, 20 Aprel, 00:52
  • Baku Bakı 15°C

Bakıda "07" YPX binasının yanında dirəyə çırpıldı, sürücü öldü

11.10.19 11:06 652
Bakıda "07" YPX binasının yanında dirəyə çırpıldı, sürücü öldü
Bakıda ağır yol qəzası olub. Trend-in məlumatına görə, hadisə Xəzər rayonu, Qala-Pirallahı yolunda baş verib.
Gecə saatlarında Suraxanı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Abuzərov Elman Rauf oğlu idarə etdiyi "VAZ 2107"markalı 99 TC 862 dövlət nömrə nişanlı avtomobillə Pirallahı-Qala yolunda şəhər istiqamətində hərəkətdə olarkən Xəzər rayonu Dövlət Yol Patrul Xidmətinin inzibati binasının yaxınlığında idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb.
Hadisə nəticəsində ağır xəsarətlər alan sürücü 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb.
banner

Oxşar Xəbərlər