• cümə, 29 Mart, 08:39
  • Baku Bakı 5°C

Bakı-Sumqayıt yolunda qəzada ölənlərin sayı 5-ə çatıb

09.03.17 11:15 884
Bakı-Sumqayıt yolunda qəzada ölənlərin sayı 5-ə çatıb
Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı artıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya BayramovaAPA-ya bildirib ki, hadisə nəticəsində ölənlərin sayı 5-ə çatıb.
Onlardan 2-si hadisə yerində, qalanları xəstəxanalarda ölüb.
Hadisədə yaralananlardan 17 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib, 2-nə yerində yardım göstərilib. Onlardan çoxunun vəziyyəti orta-ağır dərəcədədir.
Yaralananlardan 4 nəfər isə Klinik Tibbi Mərkəzə aparılıb. Onlardan 1-i xəstəxanada dünyasını dəyişib, 2-nin vəziyyəti hazırda ağırdır və reanimasiyadadır.
Yaralıların olduğu bütün xəstəxanalara Səhiyyə Nazirliyinin mütəxəssisləri cəlb olunub.
Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən ikisi Sumqayıt Dövlət Universitetinin tələbəsidir.
UniversitetdənAPA-ya verilən məlumata görə, ölənlərdən ikisi - Nəsibov İbrahim və Quliyev İbrahim Universitetin Fizika və elektroenergetika fakültəsinin 3-cü kursunda təhsil alıb.
banner

Oxşar Xəbərlər