Bakı, Sumqayıt və Abşeronda pensiyaların ödənilmə vaxtı açıqlanıb
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənilməsi vaxtı açıqlanıb.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad MehdiliAPA-ya bildirib ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisna olmaqla pensiyaların ödənilməsi mart ayının 5-i tarixinə nəzərdə tutulur.