• cümə axşamı, 25 aprel, 09:19
  • Baku Bakı 14°C

Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda bağçalar fəaliyyətini davam etdirəcək

03.04.21 18:30 1348
Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda bağçalar fəaliyyətini davam etdirəcək

"Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda bağçalar fəaliyyətini ənənəvi qaydada davam etdirəcək".
APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində canlı yayımda bildirib.
O deyib ki, bağçalarda distant təhsil mümkün deyil: "Bu baxımdan bağçaların fəaliyyəti hələ ki, davam etdirilir. Növbəti həftələrdə bağçalar fəaliyyətini davam etdirəcək. Yenə də sanitar-gigiyenik normalara əməl edilməsi xahiş olunur".
Qeyd edək ki, yerli icra hakimiyyəti orqanları dünən adıçəkilən regionlarda aprelin 5-dən dövlət və özəl bağçalarda tədrisin dayandırılması barədə müvafiq sərəncamlar vermişdilər.
banner

Oxşar Xəbərlər