• cümə, 19 Aprel, 22:07
  • Baku Bakı 24°C

Bakı Şopinq Festivalı Azərbaycan paytaxtının vizit kartına çevrilir

28.10.17 16:00 1032
Bakı Şopinq Festivalı Azərbaycan paytaxtının vizit kartına çevrilir
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu Dabi dövlət televiziya kanalı Azərbaycan paytaxtında keçirilən Bakı Şopinq Festivalı barədə reportaj yayımlayıb.
Trend-in məlumatına görə, reportajda bildirilir ki, Avropa və Şərq mədəniyyətlərinin, keçmişlə müasirliyin qovşağında yerləşən Azərbaycan turistlərin istirahət və əylənmək üçün üz tutduqları məkana çevrilib.
Qeyd olunur ki, Bakı gecə və gündüz həyatın qaynadığı bir şəhərdir. Buna isə Bakı Şopinq Festivalı kimi turizm təşviqi tədbirləri sayəsində nail olunub.
Reportajda bildirilir ki, Bakı Şopinq Festivalı Azərbaycan hökumətinin ölkə iqtisadiyyatını inkişaf etdirmək, çoxlu sayda turisti cəlb etmək üçün həyata keçirdiyi müxtəlif tədbirlər sırasında keyfiyyətcə yeni təşəbbüsüdür. Endirimlər dünya şöhrətli brendlərdən tutmuş, dəbdəbəli hotellərə, ləziz Azərbaycan yeməklərini də təklif edən retoranlara qədər – hər şeyə şamil edilir.
Telekanal qeyd edir ki, Bakı Şopinq Festivalı bundan sonra əcnəbi turistləri cəlb edən Azərbaycan paytaxtının vizit kartlarından biri olacaq.
Qeyd edək ki, ilk Bakı Şopinq Festivalı bu ilin 10 aprel – 10 may tarixlərində keçirilib. Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən Festivalın təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib. Bakı Şopinq Festivalının təşkil olunması ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb. II Bakı Ticarət Festivalı oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək.
banner

Oxşar Xəbərlər