AZE | RUS | ENG |

Bakı Şəhəri üzrə Təhsil İdarəsində Milli Mətbuat Günü qeyd olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsində Milli Mətbuat Günü qeyd olunub
22 iyul - Milli Mətbuat Günü münasibətilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə jurnalistlərlə görüş keçirilib.
 
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, onlara paytaxtın təhsil həyatında baş verən yeniliklərin işıqlandırılmasında verdikləri dəstəyə və səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib.
Azərbaycan mediasının zəngin ənənələri olduğunu deyən Rəşad Tağıyev bütün peşəkar media qurumlarının təhsilə, məktəbə, müəllimə daim dəyər verdiyini və bu sahənin fəaliyyətinin obyektiv işıqlandırılmasında həssaslıq göstərdiyini nəzərə çatdırıb.
 
BŞTİ-nin müdiri Azərbaycan mediasının inkişafında ulu öndər Heydər Əliyevin müstəsna rolundan danışıb, Ümummilli Liderin müstəqil mətbuatın təşəkkül tapmasına daim önəm verdiyini nəzərə çatdırıb. Söz və fikir azadlığının demokratiyanın əsas amili olduğunu vurğulayan Rəşad Tağıyev bu istiqamətdə ölkəmizdə əldə edilən təcrübənin medianın inkişafına yol açdığını bildirib.
 
Qeyd edib ki, mətbuatın inkişafına dövlət qayğısı bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Azərbaycanda demokratik mətbuatın formalaşmasında, onun hüquqi normativ bazasının yaradılmasında, fikir və mətbuat azadlığının təmin edilməsində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər bütün dünyada yaxşı bir örnək kimi qəbul olunur.
 
Media nümayəndələri BŞTİ-nin kollektivinə təşəkkürlərini bildirərək, əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər. Ötən dərs ilinin təhsil sahəsində bir sıra parlaq uğurlarla yadda qaldığını söyləyiblər.
 
Sonda media nümayəndələrinə hədiyyələr təqdim edilib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973