• cümə axşamı, 25 aprel, 10:43
  • Baku Bakı 14°C

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti yerli jurnalistlər üçün təlim təşkil edəcək

07.04.17 10:10 951
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti yerli jurnalistlər üçün təlim təşkil edəcək
Azərbaycanda Formula-1 yarışının təşkilatçısı "Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) aprelin 21-də və 23-də Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində yerli media nümayəndələri üçün "Formula-1 yarışının ümumi qaydaları ilə nəzəri və praktiki tanışlıq” mövzusunda ikigünlük təlim keçirəcək.
AZƏRTACxəbər verir ki, təlimin ilk günündə iştirakçılar Formula-1 dünya çempionatının keçirilmə qaydaları, yarışın idarə olunması və ona nəzarət edən heyətin, o cümlədən marşalların əsas vəzifələri, həmçinin çempionatla əlaqədar digər zəruri məqamlar haqqında nəzəri biliklər əldə edəcəklər.
Təlimin ikinci günündə isə BŞH-nin tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubunun nümayəndələrinin iştirakı ilə Avropa Oyunları Parkında yerləşən təlim trekində Formula-1 Qran-Pri yarışı simulyasiya olunacaq. Burada iştirak edən jurnalistlər yarışın idarə olunması və ona nəzarətlə əlaqədar praktiki biliklərə yiyələnəcək və qaydaların necə tətbiq olunduğunu müşahidə edəcəklər.
BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai media nümayəndələrini yerli jurnalistlər üçün keçiriləcək xüsusi təlimə dəvət edərək deyib: "Biz yerli jurnalistlərin Formula-1 yarışının incəliklərinə yiyələnmələri üçün mütəmadi olaraq təlimlər təşkil edirik. Şübhəsiz ki, dünya əhəmiyyətli Formula-1 çempionatını səhih və oxunaqlı şəkildə təqdim etmək üçün jurnalist ilk növbədə trekdə nə baş verdiyinə dərindən bilməlidir. Bu məqsədlə biz yarışın əsas reqlamentlərinə işıq salmaq üçün bilavasitə Bakı Marşal Klubunu təlimçi qismində işə cəlb edirik. Əhatə etdiyi mövzunun xüsusiyyəti baxımından bu dəfə keçirəcəyimiz təlim bu ilin yayında Bakıda baş tutacaq Azərbaycan Qran-prisindən əvvəl keçiriləcək sonuncu irimiqyaslı təlim olacaq. Buna görə də Formula-1 ilə tanış olmaq istəyən bütün jurnalistləri bu fürsətdən yararlanmağa çağırıram”.
Təlimə qeydiyyatdan keçmək istəyən media nümayəndələri aşağıdakı keçidə daxil olaraq, müvafiq formanı doldurub təsdiqləməlidirlər:
Daha ətraflı məlumat üçü[email protected] ünvanı vasitəsilə əlaqə saxlamaq lazımdır.
banner

Oxşar Xəbərlər