• cümə axşamı, 25 aprel, 17:09
  • Baku Bakı 23°C

Bakı-Şarm Əl-Şeyx birbaşa uçuşlar başladı

19.07.19 19:28 21133
Bakı-Şarm Əl-Şeyx birbaşa uçuşlar başladı
18 iyul 2019-cu il tarixində H. Əliyev Hava Limanında Bakı-Şarm Əl-Şeyx bir başa reysinin açılışına hərs olunmuş mətbuat konfansı keçirildi. Tədbirdə Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Adel İbrahim çıxış edərək Misir turizminin əvəllər olduğu kimi son illər ərzində də yüksək dərəcələrə və rekord göstəricilərə nail olduğunu vurğulayaraq, beynəlxalq ekspertlərin şahidliyi ilə Misirdə təhlükəsizliyin, sabitliyin olduğunu və Misir hökuməti tərəfindən turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi təhlükəsizlik qaydalarına riayət edildiyini və Misirin turizm bölgələrini ziyarət etmək arzusunda olan, Qədim Misir mədəniyyəti ilə tanış olmaq istəyən azərbaycanlı turistləri qəbul etməyə hazır olduğunu qeyd etdi. Səfir həmçinin Bakı-Şarm əl-Şeyx bir başa reysinin Misir və Azərbaycan arasındakı turizm əlaqələrinin genişləndirilməsində böyük əhəmiyyət daşıyacağını bildirdi.
Qeyd edək ki, Misirin istirahət zonası olan Şarm Əl-Şeyxə bir başa uçuşlar 18 iyul tarixindən etibarən, həftənin cümə axşamı Qazaxstanın Azərbaycandan beşinci "hava azadlığı” hüququnu qazanan "SCAT Airlines” hava yollarının "Boeing 757” təyyarəsi ilə həyata keçiriləcək.
Açılışda H.Əliyev Hava Limanının direktoru Teymur Həsənov Qazaxstanın "SCAT Airlines” hava yollarının vitse-prezidenti Vladimir Sitnik və digər nümayəndələr iştirak edirdilər.
banner

Oxşar Xəbərlər