• çərşənbə, 24 Aprel, 02:10
  • Baku Bakı 14°C

Bakı sakininin evindən qızıl oğurlamış şəxs saxlanılıb

27.06.17 15:38 994
Bakı sakininin evindən qızıl oğurlamış şəxs saxlanılıb
Bakı sakininin evindən qızıl oğurlamış şəxs saxlanılıb.
"Report”un xəbərinə görə, bu barədə DİN məlumat yayıb.
Belə ki, Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 25-də rayon ərazisində vətəndaşa məxsus evdən 5500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Babək Əsgərov tutulub.
Fakt üzrə araşdırmalar davam etdirilir.
banner

Oxşar Xəbərlər