• çərşənbə, 24 Aprel, 12:00
  • Baku Bakı 27°C

“Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi keçiriləcək - Fotolar

25.05.17 15:00 869
“Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi keçiriləcək - Fotolar
Azərbaycan Ürəkvə Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) 26-28may 2017-ci il tarixlərdə "Gülüstan" sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresini təşkil edir.

Konqresin ilk günündə kardiocərrahlar və rezidentlər üçün praktiki məşğələlər təşkil olunacaq. Gənc mütəxəssislər mayın 26-da saat 14:00-dan 18:00-dək təşkil ediləcək "Damar anastamozu" və "Mitral qapaq təmiri" kurslarında praktiki biliklərini artıracaqlar.

Mayın 27-də saat 12:00-da isə Konqresin rəsmi açılış mərasimi baş tutacaq.

Konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. "Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresində 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardioccərahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, AÜDCC 2009-cu ildən etibarən hər iki ildən bir "Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.


banner

Oxşar Xəbərlər