• cümə, 26 Aprel, 10:02
  • Baku Bakı 12°C

Bakı-Quba yolunda maşın aşıb, ölənlər və xəsarət alanlar var

15.05.17 10:30 1645
Bakı-Quba yolunda maşın aşıb, ölənlər və xəsarət alanlar var
Bu gün səhər saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, magistralın 112-ci km-də, Siyəzən rayonu ərazisində nəqliyyat vasitəsinin aşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər ağır bədən xəsarətləri alıb. Ölənlərin hər ikisi qadındır, xəsarət alanlardan biri kişi, digər isə qadındır. Xəsarət alanlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Fakt araşdırılır.
banner

Oxşar Xəbərlər