• cümə, 29 Mart, 05:50
  • Baku Bakı 7°C

Bakı-Quba yolunda iki maşın toqquşub, xəsarət alanlar var

20.01.17 11:15 773
Bakı-Quba yolunda iki maşın toqquşub, xəsarət alanlar var
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza magistralın İqrıq kəndi ərazisindən keçən hissəsində baş verib. 40 BN 677 dövlət nömrə nişanlı, "QAZ 31” markalı avtomaşınla "NAZ Lifan” markalı avtomobil toqquşub.
Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta ağırdır.
Faktla bağlı araşdırmalar aparılır.
banner

Oxşar Xəbərlər