Bakı-Quba yolunda evakuator

Bakı-Quba yolunda evakuator "Mercedes"ə çırpıldı, ölən var

Kriminal
07 Oktyabr 2019, 18:42 281
Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə yolun 20-ci kilometrliyində, Abşeron rayonu ərazisindən keçən hissəsində baş verib.
1990-cı il təvəllüdlü Həsənov Əlabbas Namiq oğlu idarə etdiyi 99 JL 085 dövlət nömrə nişanlı evakuatorla Bakı istiqamətində hərəkətdə olarkən 1981-ci il təvəllüdlü Məstəliyev Ruhid Vahid oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində "Mercedes"də olan sərnişin, 1999-cu il təvəllüdlü Bəşirov Hünər Camal oğlu xəsarətlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.