• cümə, 29 Mart, 05:38
  • Baku Bakı 7°C

Bakı-Qazax yolunda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

13.06.17 10:20 1436
Bakı-Qazax yolunda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var
Bakı-Qazax magistralında 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, yolun Goranboy rayonu, Goran qəsəbəsi ərazisindən keçən hissəsində "Ford” markalı avtomobil yolayırıcı maneəyə çırpılıb. Nəticədə Kürdəmir rayon sakinləri - 1981-ci il təvəllüdlü Taleh Qurbanov və 1974-cü il təvəllüdlü Əfqan Qurbanov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər