• cümə, 29 Mart, 17:48
  • Baku Bakı 14°C

Bakı-Qazax magistral yolunda maşın aşıb, xəsarət alanlar var

25.02.17 12:45 1056
Bakı-Qazax magistral yolunda maşın aşıb, xəsarət alanlar var
Bakı-Qazax magistralında iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun 490-cı kilometrliyində, Qazax rayonu Yuxarı Salahlı kəndi ərazisində qeydə alınıb.
Şəmkir rayonu Keçili kənd sakini, 1986-cı il təvəllüdlü Ələkbərov Elsevər Rövşən oğlu idarə etdiyi "Nissan” markalı avtomobili yolun kənarına aşırıb.
Nəticədə sürücü və sərnişini, xalası oğlu, 1996-cı il təvəllüdlü Əjdərli Ülfət Yaqub oğlu müxtəlif bədən xəsarətləri ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər