• çərşənbə axşamı, 23 aprel, 18:10
  • Baku Bakı 20°C

Bakı polisi bir gündə axtarışda olan 26 nəfəri saxladı

13.02.20 10:07 3561
Bakı polisi bir gündə axtarışda olan 26 nəfəri saxladı
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də 30 cinayətin üstü açılıb.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, onlardan 4-ü əvvəlki dövlərdən bağlı olan cinayətlərdir.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 26 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 5, oğurluq üzrə 15 fakt müəyyən edilib. İtkin düşmüş kimi axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.
banner

Oxşar Xəbərlər