• şənbə, 27 Aprel, 06:18
  • Baku Bakı 12°C

Bakı polisi 37 cinayətin üstünü açdı

05.03.20 12:30 1404
Bakı polisi 37 cinayətin üstünü açdı
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də 37 cinayətin üstü açılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, onlardan 22-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Xuliqanlıq üzrə 3, narkotiklərlə əlaqəli 3, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 20 faktın açılması tədbirlərlə təmin olunub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 26 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.
banner

Oxşar Xəbərlər