• cümə axşamı, 25 aprel, 16:33
  • Baku Bakı 23°C

Bakı polisi 18 cinayətin üstünü açdı

10.03.20 11:45 1382
Bakı polisi 18 cinayətin üstünü açdı
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
BŞBPİ-nin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 9-da 18 cinayətin üstü açılıb.
Onlardan 7-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.
Xuliqanlıq üzrə 3, narkotiklərlə əlaqəli 3, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 6 faktın açılması tədbirlərlə təmin olunub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 8 nəfər saxlanılıb.
İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.
banner

Oxşar Xəbərlər