AZE | RUS | ENG |


Bakı metrosunda cibgirlik edən dəstə zərərsizləşdirilib - Fotolar

Bakı metrosunda cibgirlik edən dəstə zərərsizləşdirilib - Fotolar
Bakı metrosunda cibgirlik edən dəstə zərərsizləşdirilib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Ruhanə Quliyeva metronun "28 May” stansiyasında "Samsung J5” markalı telefonunun oğurlanması ilə bağlı polisə müraciət edib.
 
Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşayan, paytaxtın Nizami rayon sakini Kənan İsmayılov saxlanılıb. 
 
Ətrafında aparılmış araşdırmalar zamanı məlum olub K. İsmayılov bu əməli bir neçə nəfərlə həyata keçirib. Videogörüntülərin köməkliyi ilə dəstənin digər üzvləri-əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşlar - Nizami rayon sakini Hikmət Yusubov, Bərdə rayon sakini Fəqan Qafarov və dəstənin başçısı, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, Bərdə rayon sakini Möhübbət Əliyev tutulublar.
 
Təqsirləndirilən şəxslərin ətrafında aparılan araşdırmalar zamanı o da məlum olub ki, onlar  ötən müddət ərzində Bakı şəhərində müxtəlif cinayətlər törədiblər. 
 
Metropolitendə Polis Şöbəsinin rəhbərliyi metrodan istifadə edən bütün sərnişinlərə ayıq-sayıq olmağı, əmlaklarına qarşı laqeydlik nümayiş etdirməməyi və hər hansı bir neqativ hal gördükdə, dərhal polisə müraciət etməyi xahiş edir. Şəkillərdəki şəxslərin əməllərindən zərərçəkənlər polisə müraciət edə bilərlər.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6835
GBP 1 İngilis funt sterlinqi 2.2601
TRY 1 Türk lirəsi 0.4672
KWD 1 Küveyt dinarı 5.6339
SEK 1 İsveç kronu 0.2095
EUR 1 Avro 2.0080
CHF 1 İsveçrə frankı 1.7424
USD 1 ABŞ dolları 1.7003