• cümə axşamı, 28 mart, 16:43
  • Baku Bakı 16°C

Bakı metropoliteni «28 May» stansiyasının əsas çıxışını bağladı

01.07.13 08:55 1518
Bakı metropoliteni «28 May» stansiyasının əsas çıxışını bağladı
«APA-Economics»in metropolitenə istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il sərəncamından irəli gələn tələblərin yerinə yetirilməsi və yenidənqurma işlərinin sürətləndirilməsi məqsədilə «28 May» stansiyasında aparılan yenidənqurma işlərinin növbəti mərhələsi çərçivəsində əsas çıxışın bağlanması zərurətə çevrilib. Stansiyanın «Cəfər Cabbarlı» meydanı istiqamətində olan əsas çıxışı iyulun 1-dən etibarən yenidənqurma işləri başa çatdırılana qədər bağlı olacaq.
Qeyd edək ki, Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramına uyğun olaraq, hazırlanmış tədbirlər planına əsasən, stansiyanın bu hissəsində yeni giriş-çıxış konstruksiyası inşa olunacaq. Bu günədək metropoliten rəhbərliyi sərnişinlərin əsas çıxışdan istifadə etməsi üçün müxtəlif tədbirlər görüb. Sərnişinlərin tam təhlükəsizliyi, həmçinin yay aylarında sərnişin axınının nisbətən azalması nəzərə alınaraq, metropoliten rəhbərliyi iyulun 1-dən stansiyanın bağlanması ilə bağlı qərar qəbul edib.
«Onu da əlavə edək ki, 1967-ci ildə istifadəyə verilmiş stansiyada bu işlərlə yanaşı, istismar müddətini başa vurmuş və yararsız hala gəlmiş avadanlıqlar da yenilənəcək. Müvəqqəti narahatlığa görə metropoliten rəhbərliyi sərnişinlərdən üzr istəyir», - deyə metropolitenin məlumatında bildirilir.
banner

Oxşar Xəbərlər