AZE | RUS | ENG |


Bakı məktəblərinin 15 faizində şagird sıxlığı müşahidə edilir

Bakı məktəblərinin 15 faizində şagird sıxlığı müşahidə edilir
Azərbaycanda son 3 ildə I sinfə qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi bir çox məsələnin həllinə müsbət təsir edir.
 
APA-nın xəbərinə görə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, hazırda Bakı məktəblərinin yalnız 15 faizində şagird sıxlığı müşahidə edilir: "Həmin məktəblərdə də uşaqların qəbulu mikro-ərazi prinsipi əsasında aparılır. Bundan əlavə, uşağın bacı-qardaşı həmin məktəbdə oxuyursa, valideynlərə problem yaratmamaq üçün həmin uşaqlar da bu məktəblərə yerləşdirilir. Bakının 85% məktəbində isə heç bir sıxlıq müşahidə olunmur, nəticədə mikro-ərazi prinsipi tətbiq edilmir. Valideynlər uşaqlarını istədikləri məktəbə yerləşdiriblər”.
 
M. Vəliyeva qeyd edib ki, artıq 45 mindən çox uşaq məktəblərə sənədlərini təqdim edib. 46 mindən çox uşağın yeni tədris ilində I sinfə qəbulu proqnozlaşdırılır. 

Məktəblərdə ibtidai siniflər üzrə Rus dili müəllimlərinin çatışmazlığı ilə bağlı məsələyə gəlincə, idarə müdiri qeyd edib ki, ötən illərdən fərqli olaraq, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə Rus dili müəllimlərinin nəticələri daha yüksək olub: "Nəticədə biz məktəblərin çoxunu Rus dili müəllimi ilə təmin edə biləcəyik. Bununla belə, müəllim-kadr çatışmazlığı üzə çıxacaq məktəblərdə siniflər daxili imkanlar hesabına müəllimlə təmin ediləcək”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6262
GBP 1 İngilis funt sterlinqi 2.2597
TRY 1 Türk lirəsi 0.4327
KWD 1 Küveyt dinarı 5.6324
SEK 1 İsveç kronu 0.2049
EUR 1 Avro 2.0152
CHF 1 İsveçrə frankı 1.7317
USD 1 ABŞ dolları 1.7001