• cümə, 29 Mart, 11:49
  • Baku Bakı 5°C

“Bakı Foto 2017” fotomüsabiqəsinin qalibləri mükafatlandırılacaq

03.09.17 09:40 1698
“Bakı Foto 2017” fotomüsabiqəsinin qalibləri mükafatlandırılacaq
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində sentyabrın 17-də "Bakı Foto 2017” fotomüsabiqəsinin iştirakçılarının mükafatlandırılması mərasimi keçiriləcək.
AZƏRTACxəbər verir ki, tədbir çərçivəsində qonaqlar müsabiqə iştirakçılarının əsərlərindən ibarət sərgi ilə tanış olacaqlar.
Sərgidə beş nominasiya üzrə qalib gəlmiş fotoqrafların əsərləri təqdim ediləcək: "İçərişəhər: Dünən, bu gün”, "Portret”, "Təbiət”, "Tədbirlər” və "Bədii fotoşəkil”.
Sərgidə qaliblərin fotoşəkilləri ilə yanaşı, finalçıların da işləri nümayiş olunacaq.
Müsabiqədə çərçivəsində "100 Business Women of Azerbaijan” təşkilatının təsis etdiyi "Qadın fotoqraf” nominasiyasının qalibi də təqdim ediləcək.
banner

Oxşar Xəbərlər