• cümə, 19 Aprel, 01:58
  • Baku Bakı 18°C

“Bakı forumu çox uğurlu olub və öz məqsədinə çatıb” - Sivilizasiya Alyansının ali nümayəndəsi

27.04.16 14:07 2685
“Bakı forumu çox uğurlu olub və öz məqsədinə çatıb” - Sivilizasiya Alyansının ali nümayəndəsi
“BMT Sivilizasiya Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu ciddi maraq və diqqətə səbəb olub”.

APA-nın xəbərinə görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev keçirilən mətbuat konfransında deyib. O bildirib ki, foruma 120 ölkəni təmsil edən 805 rəsmi nümayəndə qatılıb: “Üç gün ərzində 41 tədbir təşkil olunub, 250-dən çox natiq çıxış edib. Mətbuat nümayəndələrinə təşəkkür edirəm. Tədbirin işıqlandırılmasına böyük diqqət ayırdınız. 120 mətbu orqan qeydiyyatdan keçib. Bu ana qədər internet saytlarında forumla bağlı 3542 xəbər yerləşdirilib. Televiziyalarda 130-a yaxın material hazırlanıb”.
Ə. Qarayev qeyd edib ki, münaqişələrin həlli üçün BMT yaxşı platformadır: “BMT bunlarla bağlı qərar və qətnamələr qəbul edir. Bəzi qətnamələr dərhal icra olunur, bəziləri isə arxa plana atılır. Bakı Bəyannaməsində göstərilən qarşılıqlı anlaşma, dialoq, dostluq kimi dəyərlər geniş yayılsa və qəbul olunsa, o zaman evlərini itirən, işğaldan əziyyət çəkən insanların dərdlərinə son qoyulacaq. Çalışmalıyıq ki, münaqişələr gələcək nəsillərə qalmasın”.
Sivilizasiya Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl Naser isə bəyan edib ki, forum çox uğurlu olub və öz məqsədinə çatıb. O, tədbirin bağlanış mərasimində Məşvərət Şurasının yaradılmasını elan edəcəyini açıqlayıb. Əl Naserin sözlərinə görə, şurada dini, siyasi dairələrin nümayəndələri, vətəndaş cəmiyyətinin üzvləri, elm xadimləri iştirak edəcəklər.
banner

Oxşar Xəbərlər