• cümə, 26 Aprel, 03:30
  • Baku Bakı 16°C

Bakı əhalisi pulsuz idman alətlərindən istifadə edə biləcək

21.08.13 12:18 1614
Bakı əhalisi pulsuz idman alətlərindən istifadə edə biləcək
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov “APA-Economics”ə bildirib ki, meydança gələn il dənizkənarı bulvarın yeni hissəsində olacaq.
“2014-cü ildə dənizkənarı bulvarın yeni hissəsində əhali üçün idman alətlərindən ibarət meydança istifadəyə veriləcək. Meydançanın eni və uzunluğu təxminən 100 m olacaq. Meydançada müxtəlif sayda müxtəlif idman qurğuları yerləşdiriləcək. Əhali sərbəst şəkildə bu idman alətlərindən pulsuz istifadə edə biləcək”, - deyə Nazim Məcidov əlavə edib.
Qeyd edək ki, analoji meydançalar qonşu Türkiyədə fəaliyyət göstərir. Şəhər bələdiyyələri parklar və dəniz kənarlarında müxtəlif idman alətləri quraşdırıb. Alətlərdən həm yerli sakinlər, həm də turistlər istifadə edirlər.
banner

Oxşar Xəbərlər