• çərşənbə, 24 Aprel, 14:57
  • Baku Bakı 27°C

Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin məzunlarının görüşü keçirilib

24.07.17 20:45 1280
Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin  məzunlarının görüşü keçirilib
Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin 1982-ci və 1987-ci il məzunlarının buraxılışlarının 30 və 35 illiyi münasibətilə görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, görüşdə məktəbi bitirmiş müxtəlif ölkələrin hərbi qulluqçuları və onların ailə üzvləri iştirak ediblər.
Qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, eləcə də Şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbir Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində davam edib. Hərbi orkestrin müşayiəti ilə təntənəli qarşılama mərasimindən sonra qonaqlar iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstü önünə güllər qoyublar.
Təntənəli mərasimdə Azərbaycan Respublikasının dövlət bayrağı və Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin döyüş bayrağı səhnəyə gətirilib. Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təbrik məktubu görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə çıxış edən müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev məzunların görüşünə toplaşanları salamlayıb, ölkəmizdə ordu quruculuğu istiqamətində əldə edilən uğurlardan danışıb.
Sonra çıxış edənlər Bakıda hərbi məktəbdə təhsil aldıqları illərlə bağlı xatirələrini bölüşüb, məzunları təbrik ediblər.
Tədbirdə məktəbin fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş etdirilib, hərbi orkestrin və solistlərin müşayiəti ilə musiqi proqramı təqdim olunub.
Plana əsasən təşkil edilən ekskursiya zamanı qonaqlar şəhərimizin ən gözəl yerlərini – Heydər Əliyev Mərkəzi, İçərişəhəri, Şirvanşahlar sarayını, Qız qalasını və muzeyləri ziyarət edib, gəmi ilə dəniz gəzintisində olublar
banner

Oxşar Xəbərlər