• cümə, 29 Mart, 11:52
  • Baku Bakı 5°C

“Bakı-2017”: Zorxana yarışlarının ikinci günündə idmançılar fərdi növlər üzrə məharətlərini nümayiş etdirirlər

21.05.17 11:26 1046
“Bakı-2017”: Zorxana yarışlarının ikinci günündə idmançılar fərdi növlər üzrə məharətlərini nümayiş etdirirlər
"Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının zorxana yarışlarının ikinci günündə - mayın 21-də idmançılar fərdi növlər üzrə məharətlərini nümayiş etdirirlər.
AZƏRTACxəbər verir ki, "Baku Crystal Hall”da keçirilən yarışlarda Azərbaycan, Əfqanıstan, Banqladeş, İran, İraq, Qırğızıstan, Pakistan, Tacikistan, Toqo və Uqandanın təmsilçiləri mübarizə aparırlar. Gün ərzində səngi, milbazi, çərxi-tiz, kəbbadə, milsəngin və çərxi-çəməni növləri üzrə fərdi hərəkətlərdə qaliblər məlum olacaq.
"Zorxana” sözünün mənası "zor”- güc, "xana”- ev, yəni "güc evi” deməkdir. Yarışlar mürşidin ifa etdiyi ritmik musiqinin sədaları altında keçirilir. Mürşid zərb aləti ilə zorxana ritmlərini ifa edən şəxsə deyilir. O, sərdəm deyilən yerdə oturur. Qapı "sərdəm”ə gedən dar və alçaq keçidə açılır. Sərdəm 1 və ya 1,5 metr hündürlüyündə olan taxtdır.
Zorxana alətləri qədim silahların formasında hazırlanıb. Səng aləti qalxana, mil əmud, toppuz və qılınca, kəbbadə kamana bənzəyir. Şeno aləti isə üzərində jim hərəkətlərinə oxşar məşqləri etmək üçündür.
İdmanın bu növü 2013-cü ildən İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilib.
banner

Oxşar Xəbərlər