• cümə, 29 Mart, 17:25
  • Baku Bakı 14°C

Bakı-2017: 3X3 basketbol yığmamız finala doğru

21.05.17 11:33 1186
Bakı-2017: 3X3 basketbol yığmamız finala doğru
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 3X3 basketbol turniri davam edir.
Trend-in məlumatına görə, qadın basketbolçulardan ibarət millimiz 1/4 finalda İndoneziya yığması ilə qarşılaşıb.
Daha yaxşı oyun nümayiş etdirən komandamız yarımfinala yüksəlib -20:9. Bu mərhələdə yığmamızın rəqibi Türkiyə olacaq.
Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
banner

Oxşar Xəbərlər