• çərşənbə axşamı, 23 aprel, 13:23
  • Baku Bakı 24°C

Bakı-2017: 3 güləşçimiz qızıl medal uğrunda mübarizə aparacaq

20.05.17 13:45 1007
Bakı-2017: 3 güləşçimiz qızıl medal uğrunda mübarizə aparacaq
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışları davam edir.
Trend-in məlumatına görə, ağır çəkili (125 kq) idmançıların yarımfinal görüşündə Azərbaycan idmançısı Cəmaləddin Məhəmmədov iranlı Cabir Sadiqzadə ilə üz-üzə gəlib.
Gərgin keçən döyüş C.Məhəmmədovun xeyrinə başa çatıb - 7:3.
Beləliklə, bu gün 3 güləşçimiz - Hacı Əliyev (61 kq), Murtuzəli Müslümov (70 kq) və C.Məhəmmədov finalda qızıl medal uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
banner

Oxşar Xəbərlər