AZE | RUS | ENG |

“Bakcell”in dəstəyi ilə uşaqlar arasında şahmat üzrə beynəlxalq turnir keçirilib

“Bakcell”in dəstəyi ilə uşaqlar arasında şahmat üzrə beynəlxalq turnir keçirilib
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan Şahmat Federasiyası, «Gənclik» şahmat klubu və Azərbaycandakı Fransız İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən XVI Beynəlxalq uşaq şahmat turnirinə dəstək göstərib.
9-14 aprel 2017-ci il tarixləri arasında FİDE qaydalarına uyğun olaraq 7 turdan ibarət İsveçrə sistemi üzrə keçirilən yarışda 2002-ci il və kiçik təvəllüdlü Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Fransa, Portuqaliya və Qazaxıstandan 56 gənc şahmatçı iştirak edib.
Yarışlarda ən çox xal yığan Azərbaycanlı şahmatçılar Fransada keçiriləcək Beynəlxalq Turnirdə iştirak etmək imkanı qazanıblar. Turnirin digər qalibləri isə Bakcell şirkəti tərəfindən smartfon və dəyərli hədiyyələrlə təltif ediliblər.
Onu da qeyd edək ki, Bakcell şirkəti 2006-cı ildən başlayaraq Azərbaycanda uşaqlar arasında təşkil edilən çoxsaylı yerli və beynəlxalq səviyyəli şahmat turnirlərinin təşkilinə dəstək göstərib.
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6911
GBP 1 İngilis funt sterlinqi 2.2371
TRY 1 Türk lirəsi 0.3577
KWD 1 Küveyt dinarı 5.6155
SEK 1 İsveç kronu 0.1909
EUR 1 Avro 1.9671
CHF 1 İsveçrə frankı 1.7073
USD 1 ABŞ dolları 1.7000