AZE | RUS | ENG |


Bahar Muradova: Dövlət Azərbaycan mətbuatını yüksək dəyərləndirir

Bahar Muradova: Dövlət Azərbaycan mətbuatını yüksək dəyərləndirir
Azərbaycan mətbuatı yarandığı gündən indiyə kimi şərəfli bir yol keçib və bugünkü inkişaf səviyyəsinə çatıb.
Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova bu gün parlamentdə media rəhbərləri ilə görüşündə deyib.
B.Muradova bildirib ki, mətbuat Azərbaycan dövlətinin yaranması və inkişafı, xalqımızın formalaşması, qarşda duran hədəflərə nail olunması istiqamətində daim özünəməxsus mövqe sərgiləyib, xalqımızın keşməkeşli anlarında proseslərin önünə keçməyi bacarıb: "Dövlətimizin yaranması, müstəqilliyini itirməsi, sonra yenidən bərpa etməsi, ərazi bütövlüyümüzün pozulması, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər daim mətbuatda öz əksini tapıb”.
Vitse-spiker bildirib ki, bu gün də dövlət Azərbaycan mətbuatını yüksək dəyərləndirir:
"Azərbaycan inkişaf edən bir ölkədir, müstəqillik qazandığı müddət ərzində bir çox nailiyyətlər əldə edib və bu nailiyyətlərdən bir qismi də mətbuatla bağlıdır. Mətbuatla bağlı qanunvericilik təkmilləşdirilib, mətbuata dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Yenidən müstəqillik qazandıqdan sonra da mətbuat üzləşdiyi çətinlikləri ləyaqətlə dəf edib və demokratik cəmiyyətin yaranmasında özünəməxsus rol oynayb. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev mətbuatın fəaliyyəti üçün daim lazımi addımlar atıb və mətbuat bugünkü inkişaf səviyyəsinə çatıb. Biz parlamernt olaraq mətbuatın işinə çox böyük önəm veririk. Milli Məclisin fəaliyyəti hər zaman mətbuatın gözü qarşısındadır. Hakimiyyətin qanadlarından biri kimi mətbuat parlamentin fəaliyyətinin işıqlandırılmasında da mühüm rol oynayıb”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6915
GBP 1 İngilis funt sterlinqi 2.1255
TRY 1 Türk lirəsi 0.4748
KWD 1 Küveyt dinarı 5.6354
SEK 1 İsveç kronu 0.1952
EUR 1 Avro 1.8529
CHF 1 İsveçrə frankı 1.7260
USD 1 ABŞ dolları 1.7202