AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Baba, nənə və nəvə dəm qazından zəhərləndi

Baba, nənə və nəvə dəm qazından zəhərləndi

Təfsilat
29 Dekabr 2012, 08:21 1493
Qusar rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar şəhəri Müqtədir küçəsi, ev 94-də yaşayan 67 yaşlı Xocabəyov Aslan Əsədulla oğlu, onun həyat yoldaşı, 60 yaşlı Xocabəyova Elmira Şıxəli qızı və 12 yaşlı nəvələri Xocabəyova Leyla Bəxtiyar qızıdır.

Onlar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Tibbi yardımdan sonra Xocabəyovlar ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.