• cümə, 26 Aprel, 03:45
  • Baku Bakı 16°C

AzTV-nin rejissorunu maşın vuraraq öldürüb

22.10.16 09:21 1107
AzTV-nin rejissorunu maşın vuraraq öldürüb
AzTV-nin xəbərlər departamentinin rejissoru Rəşad Zöhrabov faciəli şəkildə dünyasını dəyişib.

Bu barədə məlumatıAPA-ya onun iş yoldaşları veriblər. Rejissoru oktyabrın 20-si axşam saatlarında maşın vurub. Rejissor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq, Rəşad Zöhrabovun həyatını xilas etmək mümkün olmayıb. O, oktyabrın 22-si axşam saatlarında dünyasını dəyişib.

Rəşad Zöhrabov tanınmış bəstəkar və musiqişünas, xalq artisti Ramiz Zöhrabovun oğludur.

Faciəli şəkildə dünyasını dəyişən rejissorun dörd övladı var.

Rəşad Zöhrabov bu gün Buzovna qəbiristanlığında da dəfn ediləcək.
banner

Oxşar Xəbərlər